azia.az
azia.az

MEK-ə elmi-praktiki nəşrlər daxil olub

2-07-2021, 17:18

MEK-ə elmi-praktiki nəşrlər daxil olub
Mərkəzi Elmi Kitabxanaya AMEA Rəyasət Heyəti Aparatının Elmi-təşkilat idarəsi tərəfindən yeni nəşrlər daxil olub.
Xarici və Azərbaycan dillərində 458 adda olan həmin nəşrlər elmin müxtəlif sahələrini əhatə edir.
Oxucuların və təqdidatçıların marağına səbəb olacaq kitab, jurnal və avtoreferatların bir neçəsini təqdim edirik. M.Qasımlı, B.Muradova, V.Qafarovun müəllifi olduğu “Azərbaycan parlamentarizmi tarixi” (2018). İki cilddən ibarət olan kitabda müəlliflər zəngin mənbə və ədəbiyyatlardan geniş istifadə edərək Azərbaycan parlamentizmi tarixinin müxtəlif mərhələlərini tədqiq ediblər. Ə.Rəcəblinin Azərbaycanca və rusca yazdığı “Sikkə və dövlətçilik” (2017) kitabında ilk dəfə olaraq numizmatik faktlar dövlətşünaslıq tarixinin ayrılmaz sahəsi olan dövlətçilik institutunun ən vacib rəmzlərindən biri kimi tədqiqata cəlb edilib. Əsər AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun materialları əsasında tərtib edilib. E.Kərimovun “Этнография немцов Азербайджана” (2018) kitabında Azərbaycanda məskunlaşmış almanların tarixi, sosial-siyasi aspektləri, onların etnoqrafik xüsusiyyətləri araşdırılıb. Əsərdə, həmçinin almanların etnoqrafiyasına dair XIX-XX əsrin əvvəllərinə aid nadir materiallar da öz əksini tapıb.
T.Əlişanoğlunun “Milli nəsrdə Azərbaycan obrazı” (2017) adlı kitabında Azərbaycan nəsrinin son bir əsrinə dair araşdırmaları, məqalələri toplanıb.
Bundan əlavə “Dədə Qorqud” ensiklopedik lüğət kitabı, “İrəvan xanlığının tarixi”, “Azərbaycan Elmlər Akademiyasının yaranma tarixi”, “The little book that makes you rich”, “Dostluq körpüləri. Ukrayna-Azərbaycan” iki cildlik, “Metafizika” (2021) beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalı, “Azərbaycan demoqrafik göstəriciləri” (2019) statistik məcmuə, “Kooperasiya”, “Наука и жизнь”, “Вестник российской академии наук”, “Annual sustainable development report” elmi-praktiki jurnalları və s. daxil olan nəşrlər sırasındadır.
Qeyd edək ki, sözügedən nəşrlər MEK-in e-kataloquna daxil edilərək rəqəmsallaşdırlır.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi