azia.az
azia.az

Serialda ölən aktyorun dəfni üçün yüzminlər səfərbər oldu

22-04-2016, 10:29

 Serialda ölən aktyorun dəfni üçün yüzminlər səfərbər oldu Serialda öldüyü güman edilən aktyorun dəfn mərasimi üçün yüzminlərlə insan səfər olub. Hadisə Azərbaycanda da çox sayda tamaşaçısı olan, Türkiyə telekanallarından birində nümayiş olunan “Arka Sokaklar” (Arxa küçələr) serialının yeni anonsunun yayılmasılndan sonra baş verib.
Filmin yeni seriyasının anons kadrlarında əsərin qəhrəmanlarından biri olan Hüsnü komissarın güllə ilə ağır yaralandığı nümayiş olunur. Anonsun sonunda isə ağır yaralı komissar özündən gedir. Onun öldüyü, yoxsa sadəşə huşunu itirdiyi dəqiq bilinməsə də artıq serialın fanatları Hüsnü komissarın dəfni üçün sosial şəbəkədə səhifə açıblar.
90 mindən sox səhifə istifadəçisi komissarın dəfnində iştirak edəcəyini bəyan edib, həmçinin 50 mindən çox istifadəçi isə bu barədə düşündüyünü bildirib.
“Arka sokaklar” serialı Türkiyənin özəl kanallarından birində 11 ildir nümayiş olunur. Türkiyə, Şimali Kipr və Bolqarıstanda nümayiş olunan serialın Azərbaycanda da kifayət qədər tamaşaçısı var. Serialda əsas rolları Zafer Ergin (Rza baba), Şevket Çoruh (Mesud komissar), Özgür Ozan (Hüsnü komissar), Uğur Pektaş (Murad komissar) və Alp Korkmaz (Əli komissar) canlandırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi