Rusiya Venesuelaya iki hərbi təyyarə göndərdi
Rusiyanın iki hərbi təyyarəsi Karakas yaxınlığındakı Simon Bolivar adına Mayketiya aeroportuna enib. Virtualaz.org bildirir ki, yerli KİV iki təyyarə ilə 99 rus hərbçisinin və 35 ton yükün gətirildiyini yazıb. Onların Venesuela təmsilçiləri ilə məsləhətləşmələr aparacağı bildirilib.Hərbi mənbələr isə burada qeyri-adi heç nə olmadığını, bu prosesin illər öncə iki ölkə arasında imzalanan müqavilə çərçivəsində aparıldığını qeyd ediblər.“Rusiya ilə Venesuela arasında həm də hərbi-texniki əməkdaşlıqla bağlı müqavilə var”, - mənbə qeyd edib.