Azərbaycan və Venesuela arasında rəsmi sənədlər imzalanıb
Azərbaycan və Venesuela prezidentlərinin məhdud tərkibdə görüşü başa çatdıqdan sonra rəsmi sənədlərin imzalanması mərasimi olub
APA-nın məlumatına görə, prezidentlər İlham Əliyev və Nikolas Maduro birgə bəyanat imzalayıblar.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu”na Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomes imza atıb. Nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Venesuela Bolivar Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i də imzalayıb.
Sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.