azia.az
azia.az

Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi

16-02-2019, 10:48

Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi
Cumbulat Umarov: "Çeçenistan rəhbərliyi davanın səbəbkarlarını axtarır"
Musavat.com xəbər verir ki, Çeçenistanın mətbuat və informasiya naziri Cambulat Umarov Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun açıqlamasına cavab verib və Azərbaycan rəsmilərinin mövqeyini dəstəkləyib.Çeçen nazir bildirib ki, Çeçenistan rəhbərliyi Moskvada baş vermiş bu hadisə haqqında məlumatlıdır, hazırda münaqişənin təfərrüatlarını aydınlaşdırır və davanın səbəbkarlarını axtarır. Umarov baş vermiş hadisəyə görə təəssüfünü də ifadə edib. Musavat.com Umarovun münasibətini ifadə edən və sosial şəbəkələrdə yayılan kiçik bir video-lenti də təqdim edir. Qeyd edək ki, Əli Həsənov bu kriminal hadisəyə sosial-etnik xarakter verilməsinə qarşı çıxmış, Azərbaycan və çeçen xalqlarını dost və qardaş xalqlar kimi səciyyələndirmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi