Eldar Nuriyev Prezident yanında Apellyasiya Şurasının sədri oldu
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibini təsdiqləyib. Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibi aşağıdakı şəxslərdən ibarətdir:
Şuranın sədri
Eldar Nuriyev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri.
Şuranın üzvləri:
Feyruz Mustafayev — Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin aparıcı məsləhətçisi
Vüsal İsayev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin
göstərilməsi məsələləri sektorunun müdiri
Bəhram Məmmədli — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin baş məsləhətçisi
Nəsimi Məmmədov — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun böyük məsləhətçisi
Elturan Babayev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi
Niyaz Əliyev — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi
Süleyman Qəmbərov — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri
Anar Əliyev — Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri