azia.az
azia.az

Belçikada terror planlaşdıran 12 nəfər saxlanılıb

19-06-2016, 07:20

Belçikada terror planlaşdıran 12 nəfər saxlanılıb Belçikada Avro-2016-nın qrup mərhələsi çərçivəsində Belçika-İrlandiya matçı zamanı terror aktları törətməyi planlaşdıran 12 şəxs saxlanılıb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, terrorçuluqda şübhəli bilinən şəxslər insanların sıx toplaşdığı yerlərdə və iri ticarət mərkəzlərində hücumlar törətməyi planlaşdırıblar.

Gecə saatlarında keçirilən xüsusi əməliyyat zamanı 40 ev və 152 qaraja baxış keçirilib.

Məlumata görə, həbslərə baxmayaraq, saxlanılan şəxslərdə silah-sursat aşkarlamaq mümkün olmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi