Medianews.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin avqustun 1-də yenilənmiş bildirişində məlumat verilib.
Məlumata görə, yeni qayda B-1 (biznes) və B-2 (turist) vizalarına müraciət edən şəxslərə şamil olunacaq. Konsulluq əməkdaşları müraciətçinin vizanın müddəti başa çatdıqdan sonra ABŞ-ni vaxtında tərk edəcəyinə və ölkədə qalma qaydalarına əməl edəcəyinə təminat kimi 20 min ABŞ dollarınadək depozit tələb edə biləcəklər.
Bildirilib ki, bundan əvvəl ABŞ-də 12 aylıq pilot proqram həyata keçirilirdi. Həmin proqram çərçivəsində konsulluqlar müraciətçilər üçün 5 min, 10 min və ya 15 min ABŞ dolları məbləğində depozit müəyyən edə bilirdilər. Viza sahibi bütün şərtlərə əməl etdiyi halda, ABŞ-ni tərk etdikdən sonra depozit məbləği geri qaytarılırdı.
ABŞ Dövlət Departamenti vurğulayıb ki, depozitin tələb olunub-olunmaması barədə qərar hər bir müraciət üzrə konsulluq əməkdaşları tərəfindən fərdi qaydada veriləcək.
Məlumata əsasən, depozit tələb oluna biləcək ölkələrin siyahısına 50 dövlət daxildir. Onların əksəriyyəti Afrika ölkələridir. Siyahıda Qırğızıstan, Tacikistan və digər ölkələr də yer alıb.
Xatırladaq ki, daha əvvəl "Politico" portalı ABŞ Prezidenti Donald Tramp administrasiyasının uzun illərdir ölkədə yaşayan qeyri-qanuni miqrantların məcburi saxlanılması siyasətinin qanuni hesab edilməsi tələbi ilə ABŞ Ali Məhkəməsinə müraciət etdiyini yazmışdı. Aşağı instansiya federal məhkəmələri isə bu təşəbbüslə bağlı 9 300-dən çox qərar qəbul edərək onu konstitusiya hüquqlarının və qanunun kobud şəkildə pozulması kimi qiymətləndirmişdilər.

ABŞ-a vizanı necə ala bilərsiniz? - Amerika konsulu Milli.Az-da vətəndaşların suallarını cavablandırır
Prezident İlham Əliyev Türkiyə ilə viza rejimini ləğv etdi - tarixi qərar
“Evli bir kişi ilə münasibətdə olmaq...” – Afət sənəd paylaşdı
