Bu şəhərdə parkinq pulsuz olacaq
Qazaxıstanın ən böyük şəhəri olan Almatıda sakinlər evlərinin yaxınlığındakı kommunal (ödənişli) parkinqlərdən pulsuz istifadə edə biləcəklər.
Xəbər verilir ki, bu barədə şəhər akimatında yeni qaydalar layihəsi hazırlanıb.
Sakinlər evlərindən 500 metr radiusda seçdikləri bir kommunal parkinqdə bir avtomobili pulsuz saxlaya biləcəklər. Konkret parkinq yeri isə heç kimə təhkim olunmayacaq.
Rəsmiyyə Şərifova