azia.az
azia.az

Paşinyandan yeni Konstitusiya ilə bağlı MÜHÜM AÇIQLAMA

Bu gün, 16:24

"Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi hakim Vətəndaş Müqaviləsi Partiyasının gündəmində qalmaqdadır".

Xəbər verilir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa müraciətində bəyan edib.

"Seçkinin nəticələrinə əsasən formalaşmış çoxluğun seçkiqabağı proqramına yeni konstitusiyanın qəbulu gündəliyi də daxildir", - deyə o bildirib.

Paşinyanın sözlərinə görə, konstitusiyanın əsas əhəmiyyəti hüquq qaydasının, konstitusiya quruluşunun bərqərar olmasından, habelə "bu quruluşun xalqla üzvi bağlılığının təmin edilməsindən" ibarətdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi