azia.az
azia.az

İsrail ilk dəfə təsdiqlədi: "Dəmir Qübbə" BƏƏ-də yerləşdirilib

Bu gün, 16:09

İsrail Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemini yerləşdirdiyini ilk dəfə rəsmi səviyyədə təsdiqləyib.

Xəbər verilir ki, bu barədə İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Regev yerli mediaya müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, BƏƏ ballistik raketlərin yaratdığı təhlükəni ciddi qiymətləndirir və bu istiqamətdə İsrailin dəstəyindən istifadə edir.

"BƏƏ başa düşdü ki, ballistik raketlər ən böyük təhlükələrdən biridir və onlar bu məsələdə bizim dəstəyimizdən faydalanırlar", – M.Regev deyib.

"Maariv" qəzeti yazır ki, bu açıqlama İsrail hökumətinin BƏƏ-yə "Dəmir Qübbə" batareyalarının verildiyini ilk dəfə rəsmi şəkildə təsdiqləməsi hesab olunur. Bundan əvvəl Təl-Əviv bu məsələ ilə bağlı açıqlama verməmişdi.Olke.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi