azia.az
azia.az

BÜTÜN RUSİYA İNDİ BU MÜƏLLİMƏDƏN DANIŞIR-TƏƏRRÜAT

Dünən, 08:04

Rusiyanın prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində Qələbənin 81-ci ildönümünə həsr olunan 9 May paradına ilk müəlliməsini dəvət edib. Kremlin mətbuat katibi Dmitry Peskov bildirib ki, Putinin ilk müəlliməsi Vera Qureviç tədbirdə fəxri qonaq qismində iştirak edib.

Demokrat.az xəbər verir iki, Peskovun sözlərinə görə, müəllimə paradı tribunadan tam izləyib və prezidentin dəvəti ilə bir neçə gün Moskvada qalıb. Onun üçün xüsusi mədəni proqram təşkil olunub. Vera Qureviçin paytaxtda müxtəlif məkanlara, o cümlədən Şilov qalereyasına səfər etdiyi qeyd olunub.

Mətbuat katibi əlavə edib ki, mayın 11-də Putin müəlliməsini Kremlin iqamətgahında şam yeməyinə dəvət edib. Rusiya lideri onun qaldığı otelə şəxsən gəlib və birlikdə iqamətgaha yollanıblar.

Peskovun açıqlamasına əsasən, görüş zamanı çəkilmiş həvəskar videogörüntülər mövcuddur və onların yaxın vaxtlarda Kremlin rəsmi resurslarında yayımlanacağı gözlənilir.

İsmayıl


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi