azia.az
azia.az

Türkiyədə rublla ödəniş başladı

Dünən, 23:50

Rusiya vətəndaşları artıq Türkiyədə alış-veriş zamanı QR-kod vasitəsilə rublla ödəniş edə bilirlər.

Xəbər verilir ki, yeni imkan hazırda Antalyanın kurort bölgələrində 800, İstanbulda 240-dan çox, Egey sahilində isə təxminən 80 obyektdə aktivdir.

Məlumata görə, şəbəkə hər ay daha 150 məkan hesabına genişləndirilir. Ödəniş sistemi apteklərdə, mağazalarda, kafe və suvenir dükanlarında, həmçinin Kapadokiya, Mersin, Adana və Ankara hava limanında da işləyir.

Əməliyyat zamanı məbləğ rubl ilə göstərilir və Rusiya bankındakı hesabdan silinir. Satıcı isə vəsaiti türk lirəsi ilə alır.

Konvertasiya məzənnəsi 1 lirə üçün 1,9 rubl təşkil edir. (Musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi