azia.az
azia.az

Erməni deputatın oğlu Ukraynada döyüşlərdə həlak olub

Bu gün, 11:11

Ermənistan parlamentinin deputatı Armenuhi Kürəkyanın oğlu işğalçı Rusiya ordusunun 4 ilə yaxındır Ukraynada apardığı müharibədə həlak olub.

Medianews.az xəbər verir ki, Armenuhi Kürəkyan ruspərəst deputat kimi tanınır. O, parlamentdə sabiq prezident Robert Köçəryana bağlı “Ermənistan” blokunda təmsil olunan 28 deputatdan biridir.

Armenuhi Kürəkyanın oğlu uzun müddət imiş Rusiyada yaşayırmış. Ukrayna cəbhəsinə Rusiya ordusunun tərkibində hərbi həkim yollanıbmış. O, avqust ayında döyüşlərdə ölübmüş.

Ermənistan mediası bildirir ki, deputatın 28 yaşında həlak olan oğlunun meyitini yalnız indi münaqişə bölgəsindən çıxara biliblər. Meyit artıq Ermənistana gətirilib. Armenuhi Kürəkyanın oğlunun Ukraynada döyüşlərdə öldüyü də yalnız bu zaman Ermənistan ictimaiyyətinə bəlli olub.

Deputat oğlunu Vanadzor şəhərindəki qəbiristanlıqda - ərinin yanında dəfn edəcək.

Toğrul Əli,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi