Belarus və Rusiya silahlı qüvvələrinin “Zapad-2025” birgə strateji təlimləri başlayıb.
APA xəbər v
erir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər hər iki ölkənin poliqonlarında və Baltik və Barents dənizlərinin sularında keçiriləcək.
"Bu il sentyabrın 12-də Belarus Respublikası və Rusiya Federasiyası silahlı qüvvələrinin "Zapad-2025" birgə strateji təlimləri başlayıb. Bu təlim iki ölkənin silahlı qüvvələrinin cari ildə birgə təlimlərinin yekun mərhələsidir", - məlumatda deyilir.

Azərbaycanlı Alpaqutçu Puri Elsevər "Baltik Open 2017" Döyüş Növləri Olimpiadasının qalibi oldu.
“Bu - Ermənistana və vasitəçilərə son xəbərdarlıqdır”
