azia.az
azia.az

Vətəndaşlığı olmayanlar da orduya aparılacaq-RUSİYADAN ŞOK QƏRAR

8-07-2025, 09:08

Vətəndaşlığı olmayan şəxslər bundan sonra Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlaya və Rusiya Silahlı Qüvvələrində xidmət edə biləcəklər.

Xəbər verilir ki, Rusiya Prezidenti Vladimir Putinin imzaladığı müvafiq qanun hüquqi aktlar portalında yerləşdirilib.

Bildirilir ki, qanun dərc edildiyi gündən qüvvəyə minir.

Bundan sonra Müdafiə Nazirliyi vətəndaşlığı olmayan şəxslərlə və əcnəbi vətəndaşlarla səfərbərlik müddəti başa çatana, hərbi vəziyyətin dayandırılmasına və ya müharibə dövrü bitənə qədər müqavilələr bağlaya bilər.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi