Ərdoğan Rusiya və Ukrayna arasında danışıqların yeni raundundan danışıb
Türkiyə Rusiya və Ukrayna ilə danışıqların yeni mərhələsini müzakirə edir. Xəbər verilir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Haaqa sammitindən qayıdarkən bildirib. "Biz bu amansız müharibəni ədalətli və davamlı sülhlə bitirmək üçün səylərimizi davam etdiririk. Qarşıdakı dövrdə danışıqların üçüncü raundunun keçirilməsi üçün tərəflərlə dialoq aparırıq".
Türkiyə lideri həmçinin bildirib ki, Ağ Ev rəhbəri Donald Tramp Rusiya prezidenti Vladimir Putinin də Ukrayna ilə bağlı danışıqlara qatılacağı təqdirdə bu danışıqlarda iştirak edəcəyinə söz verib. Ərdoğanın sözlərinə görə, NATO sammitindən qayıdarkən ABŞ prezidentinə Türkiyədə Rusiya və Ukrayna liderləri arasında görüş təşkil etməyi planlaşdırdığını deyib.