azia.az
azia.az

GÖRÜN TRAMP hansı ölkənin vətəndaşlarına ABŞ-yə girişi qadağan ETDİ

5-06-2025, 10:06

Prezident Donald Tramp 9 iyundan etibarən 12 ölkə vətəndaşlarının ABŞ-yə girişini qadağan edib.

Xəbər verilir ki, bu barədə Ağ Evin rəsmi saytı məlumat yayıb.

Tam qadağa Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşlarına şamil ediləcək.

Bundan əlavə, Burundi, Venesuela, Kuba, Laos, Syerra-Leone, Toqo və Türkmənistan vətəndaşlarına qismən məhdudiyyətlər qoyulacaq.

Məlumata görə, qərar qüvvəyə minməzdən əvvəl verilmiş vizalara şamil edilməyəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi