Putin indi də ABŞ-ı Kuba və Venesuela ilə hədələyir
Putin indi də ABŞ-ı Kuba və Venesuela ilə hədələyir.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib ki,əgər ABŞ və NATO ölkəsinin Ukrayna ilə Avropanın təhlükəsizliyi məsələsində razılıga gəlməsə,Moskva həm Kubada,həm də Venesuelada öz raketlərini yerləşdirəcək.
Bu təhdidin əsl mahiyyəti ondan ibarətdir ki,Putinin nümayəndə heyəti ABŞ,ATƏT və NATO rəhbərləri ilə keçirdiyi son təhlükəsizlik müzakirələrində istədiyinə nail olmayıb.
Əslində,əvvəlldən də məlum idi ki,Qərb V.Putinin tələblərinə,ultimatumuna müsbət cavab verməyəcək.
Eyni zamanda,Putin də çox gözəl dərk edirdi ki,onun tələbləri nə ABŞ,nə də NATO rəhbərliyi tərəfindən qəbul olunmayacaq.
Yəni,Rusiya və Qərb arasında 1 həftə ərzində keçirilən 3 ardıcıl görüş də gözlənildiyi kimi fiaskoya ugradı.
İndi Rusiya hökuməti demək belə mümkünsə,"b"variantına keçib.Kreml indi açıq-aydın ABŞ-ı şantaj edir ki,əgər NATO-nun şərqə dogru genişlənməsini dayandırmasan,Ukraynanın bu hərbi aliyansa üzv olmayacagını "yazılı şəkildə"bəyan etməsən,Kuba və Venesuelaya öz raketlərimi yerləşdirəcəm.
Bu arada,NATO-nun baş katibi Jens Stoltenberq deyib ki,hərbi təşkilat 1997-ci ildə üzv qəbul etdiyi ölkələrdən hərbi qüvvələrini geri çəkməyəcək.Təbii ki,Stoltenberq bu fikiri səsləndirməklə,şərqi Avropa ölkələrini(keçmiş Varşava Müqaviləsi təşkilatı)nəzərdə tutur.
Şübhəsiz ki,Polşa,Rumıniya,Macarıstan və Bolqarıstan kimi ölkələr NATO üçün vacib əhəmiyyət daşıyır.Hətta deyərdim ki,Brüssel 2004-cü ildə NATO-ya qəbul etdiyi Litva,Latviya və Estoniyadan da Rusiyaya görə qətiyyən vaz keçməyəcək.
Lakin Moskva Qərbi təhdid etməkdə davam edir,Kuba və Venesuela kartından istifadə etməyə çalışır.
Məlumunuzdur ki,Rusiya bir müddətdir Venesuelada avtoritar Nikolas Maduro hökumətini ayaqda saxlayır.
Hətta deyərdim ki,V.Putin ABŞ-ın bu ölkədə tətbiq etdiyi agır sanksiyalara və müxalif lider Quaidoyu dəstəkləməsinə baxmayaraq,solçu Maduronu hələ də hakimiyyətdə qalmasına şərait yaradır.
Məsələ ondadır ki,Rusiya Venesuelada,ABŞ-ın yaxınlıgında hərbi bazalar yaratmagın çox asan olacagını zənn edir.
Bu,dogurdan da bu qədər asandırmı?
Ümumiyyətlə,Madurodan qabaq hakimiyyətdə olan Üqo Çaves də ölkəsində xarici ölkənin hərbi baza saxlamasına həmişə qarşı çıxıb.
İndi Maduronun Putinin istəyinə müsbət cavab verəcəyinə o qədər də inanmaq olmaz.Bu,Maduro rejimi üçün çox agır qərar olardı.
Açıgı,Rusiyanın Venesuelada raketlər yerləşdirəcəyini mən blef və ya təhdid olaraq görürəm.Putinin məqsədi Venesuelanı gündəmə gətirməklə,Ukrayna məsələsində Qərbi güzəştə getməyə məcbur etməkdir.
Kubaya gəldikdə isə,1962-ci ilin oktyabrında ABŞ və Sovet İttifaqı arasında 13 günlük Kuba raket böhranı baş vermişdi.Kubalılar hələ indi də bu hadisəni "oktyabr böhranı"adlandırırlar.Adını çəkdiyim böhranın səbəbi bu,idi ki,ABŞ Türkiyədə "Yupiter"ballistik raketlərini yerləşdirmişdi.O zaman SSRİ-in rəhbəri Nikita Xruşovun təlimatına əsasən,Kubaya marşal Sergey Bryuzovun rəhbərlik etdiyi 43 min sovet əsgəri göndərilmişdi.
O vaxt ABŞ prezidenti C.F.Kennedi də əmr vermişdi ki,Kuba adası blokadaya alınsın.Tələb bu,idi ki,Kubadakı sovet silahları sıradan çıxarılsın və Sovet İttifaqına qaytarılsın.
Nəhayət,Xruşov və Kennedi arasında baş tutan danışıqlardan sonra ABŞ Türkiyədəki "Yupiter"ballistik raketlərini bu ölkədən çıxarmaga,SSRİ-də Kubadakı silahların sıradan çıxarılıb ölkəyə gətirilməsinə razılaşdılar.
V.Putin bu dəfə də Xruşovun izi ilə gedərək Kubada öz ballistik raketlərini yerləşdirmək istəyir.Ancaq bir şey məlumdur ki,SSRİ Putinin indiki Rusiyasından daha qüvvətli idi.ABŞ-isə deməyə lüzum yoxdur.Təkcə hər iki ölkənin iqtisadi gücünü və hərbi büdcəsini nəzərə almaq kifayətdir.
Sadəcə,Putinin ən çox güvəndiyi şey əlində olan nüvə raketləridir.
Onu da Vladimir Vladimiroviç nə vaxta qədər təzyiq vasitəsi kimi istifadə edəcək,deyə bilmərik.
Kamall Aliyev, politoloq