azia.az
azia.az

Bayraktar TB3 PUA-ları hədəfi tam dəqiqliklə VURDU

15-05-2025, 08:08

Türkiyənin milli istehsalı olan Bayraktar TB3 silahlı pilotsuz uçuş aparatının (PUA) iki prototipi, “DENİZKURDU-2025” təlimi çərçivəsində TCG Anadolu gəmisindən havalanaraq MAM-L raketi ilə hədəfi tam dəqiqliklə məhv edib.

Redaktor.az xəbər verir ki, Dəniz Qüvvələri Komandanlığının təşkil etdiyi təlim zamanı PT-3 və PT-4 nömrəli Bayraktar TB3-lər ASELSAN tərəfindən hazırlanan yerli ASELFLIR-500 elektro-optik sistemi vasitəsilə müəyyən edilmiş hədəfi MAM-L mühimmatı ilə yüksək dəqiqliklə vurub.

Bayraktar TB3 PUA-ları uğurlu atışdan sonra təhlükəsiz şəkildə TCG Anadolu gəmisinə qayıdıb. Bu uğurlu sınaq, Türkiyənin müdafiə sənayesindəki milli texnologiya irəliləyişinin daha bir göstəricisi kimi qiymətləndirilir.

Kənan YUSİF 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi