500-dən çox əsir azad edildi
Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.
Referans xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu gün danışıqlar prosesi nəticəsində 246 rusiyalı hərbçi geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 246 hərbi qulluqçusu təhvil verilib”, – məlumatda bildirilib.