Vətəndaş Cəmiyyəti Uğrunda Seçki Müşahidə Koalisiyası 1 sentyabr parlament seçkiləri ilə bağlı aralıq hesabat hazırlayır. Hesabatda ətraflı statistik analiz yer alıb. Hissə-hissə bu məlumatları təqdim edirik. Təqdim etdiyimiz analiz 1 sentyabr parlament seçkilərində QHT sektorundan olan namizədlərə aiddir. Analiz Koalisiyanın informasiya tərəfdaşı QHT.az saytı tərəfindən açıq mənbələr əsasında aparılıb.
QHT nümayəndəsi kimi 17 seçki dairəsində (5, 16, 24, 29, 33, 35, 44, 60, 65, 71, 81, 82, 98, 107, 108, 122, və 125) ümumilikdə, 20 namizəd qeydə alınıb.
Bu namizədlərin 16-sı QHT nümayəndəsi öz təşəbbüsü ilə, 2 nəfər YAP-ın siyahısı üzrə, 1 nəfər Ümid Partiyasından, 1 nəfər isə Ana Vətən Partiyasından namizədliyini irəli sürüb. Namizədlərdən 15-i QHT sədri, digərləri isə nümayəndələridir.
Namizədlərin gender tərkibi bərabərdir: 10 nəfər qadın, 10 nəfər kişi. Araşdırmalar göstərir ki, iki eyni dairə üzrə (35 və 81) hər birində iki QHT nümayəndəsi arasında mübarizə gedir.
QHT.az MSK-nın rəsmi saytında iş yeri kimi, QHT qeyd olunan namizədlərin siyahısını təqdim edir:
5 SAYLI BABƏK-NAXÇIVAN-CULFA SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI
Soyadı, adı, atasının adı | Doğum tarixi | Əsas iş və xidmət yeri, vəzifəsi (bu olmadıqda fəaliyyət növü) | Partiya mənsubiyyəti | Tərəfindən irəli sürülmə |
HƏMZƏYEVA ÜLVİYYƏ TAPDIQ | 30.04.1982 | NAXÇIVAN MUXTAR RESPUBLİKASI RƏSSAMLAR BİRLİYİ, SƏDR | YAP | YAP |
16 SAYLI YASAMAL İKİNCİ SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI
Soyadı, adı, atasının adı | Doğum tarixi | Əsas iş və xidmət yeri, vəzifəsi (bu olmadıqda fəaliyyət növü) | Partiya mənsubiyyəti | Tərəfindən irəli sürülmə |
ABBASOVA LALƏ GÜLBABA | 09.06.1955 | "QADIN VƏ TƏRƏQQİ" İCTİMAİ BİRLİYİ, SƏDR | Bitərəf | Öz təşəbbüsü |
ABDULLAYEVA MEHRİBAN ƏLİ | 05.09.1965 | DEMOKRATİK CƏMİYYƏT VƏ QADIN HÜQUQLARININ MÜDAFİƏSİ, SƏDR | Bitərəf | Öz təşəbbüsü |
24 SAYLI NİZAMİ BİRİNCİ SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI
Soyadı, adı, atasının adı | Doğum tarixi | Əsas iş və xidmət yeri, vəzifəsi (bu olmadıqda fəaliyyət növü) | Partiya mənsubiyyəti | Tərəfindən irəli sürülmə |
ZÜLFÜQAROVA AYNUR VAQİF | 26.07.1972 | QADIN VƏ UŞAQLARIN İNNOVATİV MAARİFLƏNDİRMƏSİNƏ DƏSTƏK İCTİMAİ BİRLİYİ, SƏDR | Bitərəf | Öz təşəbbüsü |
29 SAYLI SABUNÇU DÖRDÜNCÜ SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI
Soyadı, adı, atasının adı | Doğum tarixi | Əsas iş və xidmət yeri, vəzifəsi (bu olmadıqda fəaliyyət növü) | Partiya mənsubiyyəti | Tərəfindən irəli sürülmə |
ALLAHVERƏNOV AZƏR KƏRİM | 20.02.1972 | "AVRASİYA MİQRASİYA TƏŞƏBBÜSLƏRİ PLATFORMASI " İCTİMAİ BİRLİYİ, LAYİHƏ RƏHBƏRİ | Bitərəf | Öz təşəbbüsü |
33 SAYLI XƏTAİ BİRİNCİ SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI
Soyadı, adı, atasının adı | Doğum tarixi | Əsas iş və xidmət yeri, vəzifəsi (bu olmadıqda fəaliyyət növü) | Partiya mənsubiyyəti | Tərəfindən irəli sürülmə |
ABBASOV FUAD MALİK | 15.12.1976 | "MİSRA" İNFORMASİYA MÜBADİLƏSİ VƏ TƏŞƏBBÜSLƏRİ İCTİMAİ BİRLİYİ, MÜXBİR | Bitərəf | Öz təşəbbüsü |
35 SAYLI XƏTAİ ÜÇÜNCÜ SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI
Soyadı, adı, atasının adı | Doğum tarixi | Əsas iş və xidmət yeri, vəzifəsi (bu olmadıqda fəaliyyət növü) | Partiya mənsubiyyəti | Tərəfindən irəli sürülmə |
HƏSƏNOV QASIM RƏHİM | 27.07.1970 | "SOSİAL TƏRƏQQİNİN DƏSTƏKLƏNMƏSİ" NİN İCTİMAİ BİRLİYİ, SƏDR | ÜMİD | ÜMİD |
VƏLİYEVA PƏRVANƏ BULUT | 18.01.1990 | SAĞLAMLIĞA XİDMƏT İCTİMAİ BİRLİYİ | YAP | YAP |
44 SAYLI SUMQAYIT ÜÇÜNCÜ SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI
Soyadı, adı, atasının adı | Doğum tarixi | Əsas iş və xidmət yeri, vəzifəsi (bu olmadıqda fəaliyyət növü) | Partiya mənsubiyyəti | Tərəfindən irəli sürülmə |
KƏRİMOVA SƏBİNƏ AQİL | 22.09.1977 | "ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN SOSİAL MÜDAFİƏSİ VƏ İNTEQRASİYASINA DƏSTƏK" İCTİMAİ BİRLİYİ, TƏSİSÇİ VƏ SƏDR | AVP | AVP |
60 SAYLI QUBA-QUSAR SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI
Soyadı, adı, atasının adı | Doğum tarixi | Əsas iş və xidmət yeri, vəzifəsi (bu olmadıqda fəaliyyət növü) | Partiya mənsubiyyəti | Tərəfindən irəli sürülmə |
HÜSEYNOV AYAZ AZƏR | 20.09.1988 | HEMOFİLİYALI XƏSTƏLƏR İCTİMAİ BİRLİYİ, SƏDR | Bitərəf | Öz təşəbbüsü |
65 SAYLI SALYAN-BİLƏSUVAR-NEFTÇALA SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI
Soyadı, adı, atasının adı | Doğum tarixi | Əsas iş və xidmət yeri, vəzifəsi (bu olmadıqda fəaliyyət növü) | Partiya mənsubiyyəti | Tərəfindən irəli sürülmə |
RZAYEV MİRABAS HACIAĞA | 19.01.1967 | "MÜBARİZ" MÜHARİBƏ VETERANLARI BİRLİYİNİN SALYAN RAYON ŞÖBƏSİ, SƏDR | Bitərəf | Öz təşəbbüsü |
71 SAYLI CƏLİLABAD ŞƏHƏR SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI
Soyadı, adı, atasının adı | Doğum tarixi | Əsas iş və xidmət yeri, vəzifəsi (bu olmadıqda fəaliyyət növü) | Partiya mənsubiyyəti | Tərəfindən irəli sürülmə |
MƏMMƏDZADƏ ANAR ƏRƏSTUN | 06.11.1972 | AZƏRBAYCAN GÖZDƏN ƏLİLLƏR CƏMİYYƏTİ CƏLİLABAD RAYONLARARASI TƏŞKİLATI, SƏDR | Bitərəf | Öz təşəbbüsü |
81 SAYLI İMİŞLİ SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI
Soyadı, adı, atasının adı | Doğum tarixi | Əsas iş və xidmət yeri, vəzifəsi (bu olmadıqda fəaliyyət növü) | Partiya mənsubiyyəti | Tərəfindən irəli sürülmə |
MƏMMƏDOV ELNUR MƏNƏF | 05.12.1975 | AUTİZM ASSOSİASİYASI, İDARƏ HEYƏTİNİN SƏDRİ | Bitərəf | Öz təşəbbüsü |
SADIQOVA VÜSALƏ QƏLƏNDƏR | 01.04.1986 | "İSTEDADLARI TANIYAQ VƏ TANIDAQ" İCTİMAİ BİRLİYİ, SƏDR | Bitərəf | Öz təşəbbüsü |
82 SAYLI İMİŞLİ-SAATLI SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI
Soyadı, adı, atasının adı | Doğum tarixi | Əsas iş və xidmət yeri, vəzifəsi (bu olmadıqda fəaliyyət növü) | Partiya mənsubiyyəti | Tərəfindən irəli sürülmə |
QƏYYUMOVA YASƏMƏN MÜSLÜM | 20.11.1974 | "QAYĞIYA EHTİYACI VƏ ƏLİLLİYİ OLAN ŞƏXSLƏRƏ DƏSTƏK" İCTİMAİ BİRLİYİ, SƏDR | YAP | Öz təşəbbüsü |
98 SAYLI BƏRDƏ-TƏRTƏR SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI
Soyadı, adı, atasının adı | Doğum tarixi | Əsas iş və xidmət yeri, vəzifəsi (bu olmadıqda fəaliyyət növü) | Partiya mənsubiyyəti | Tərəfindən irəli sürülmə |
RƏHİMOVA MƏHLUQƏ GÜLMƏMMƏD | 13.10.1962 | "ƏLİL QADINLAR CƏMİYYƏTİ" İCTİMAİ BİRLİYİ, SƏDR | Bitərəf | Öz təşəbbüsü |
107 SAYLI TOVUZ-QAZAX-AĞSTAFA SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI
Soyadı, adı, atasının adı | Doğum tarixi | Əsas iş və xidmət yeri, vəzifəsi (bu olmadıqda fəaliyyət növü) | Partiya mənsubiyyəti | Tərəfindən irəli sürülmə |
GÖYÜŞOV RAMİL VAHİD | 28.10.1977 | "QƏRB-RESURS VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFINA DƏSTƏK" İCTİMAYİ BİRLİYİ, DİREKTOR | Bitərəf | Öz təşəbbüsü |
108 SAYLI AĞSTAFA SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI
Soyadı, adı, atasının adı | Doğum tarixi | Əsas iş və xidmət yeri, vəzifəsi (bu olmadıqda fəaliyyət növü) | Partiya mənsubiyyəti | Tərəfindən irəli sürülmə |
ORUCOV ELŞƏN ZÖHRAB | 16.01.1988 | "WORLD HOPE İNTERNATİONAL/AZƏRBAYCAN HUMANİTAR TƏŞKİLATI", DİREKTOR MÜAVİNİ | Bitərəf | Öz təşəbbüsü |
122 SAYLI XANKƏNDİ SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI
Soyadı, adı, atasının adı | Doğum tarixi | Əsas iş və xidmət yeri, vəzifəsi (bu olmadıqda fəaliyyət növü) | Partiya mənsubiyyəti | Tərəfindən irəli sürülmə |
GƏNCƏLİYEV TURAL BABAŞAH | 06.03.1980 | AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİ, DEPUTAT. "QARABAĞA DÖNÜŞ" İCTİMAİ BİRLİYİ, SƏDR | Bitərəf | Öz təşəbbüsü |
125 SAYLI ZƏNGİLAN-QUBADLI SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI
Soyadı, adı, atasının adı | Doğum tarixi | Əsas iş və xidmət yeri, vəzifəsi (bu olmadıqda fəaliyyət növü) | Partiya mənsubiyyəti | Tərəfindən irəli sürülmə |
ƏLƏSGƏROVA NİGAR ELMAN | 23.09.1986 | "KİÇİK VƏ ORTA BİZNES SUBYEKTLƏRİ VƏ KLUBLARININ ASSOSİYASI" İCTİMAİ BİRLİYİ | Bitərəf | Öz təşəbbüsü |
Eyni zamanda, namizəd kimi qeydə alınan 10 QHT sədrinin MSK-nın rəsmi səhifəsində iş yeri başqa sahə kimi qeyd olunub. Bu şəxslərdən 6-sı kişi, 4-ü isə qadındır. 5 nəfər öz təşəbbüsü ilə, qalanlar isə müxtəlif partiyalardan (2 nəfər ƏHD Partiyasından, 1 nəfər Ümid Partiyasından, 1 nəfər Ana Vətən Partiyasından, 1 nəfər Vətəndaş Həmrəyliyi Partiyasından) namizədliyini irəli sürüb.
Bu şəxslərin namizədliyi 10 seçki dairəsində (9, 17, 15, 24, 32, 50, 65, 70, 90 və 119) qeydə alınıb.
Ümumilikdə, QHT sektorundan seçkilərdə 30 nümayəndənin iştirak etdiyini qeyd edə bilərik.