azia.az
azia.az

Polisə hücum-Ölən və yaralanan var/DÜNYA

8-04-2025, 08:46

Çeçenistanda naməlum şəxs yol polisi postuna hücum edərək polis əməkdaşını bıçaqlayıb, bundan sonra o, öldürülüb.

Xəbər verilir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.

Xəbərə görə, hadisə Açxoy-Martan şəhərinin Kadırov küçəsində baş verib.

"Polis əməkdaşı bıçaqlanıb. Hücum edən şəxs hadisə yerində cavab atəşi ilə məhv edilib", - məlumatda deyilir.

Polis ərazidə yolları bağlayıb və hadisənin bütün hallarının aydınlaşdırılması istiqamətində əməliyyat tədbirləri həyata keçirir.

Zaur,BakuPost


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi