azia.az
azia.az

ABŞ bu ölkədə çevrilişə görə 5 mİlyard dollar xərclənib - ŞOK

Bu gün, 10:48

ABŞ Beynəlxalq İnkişaf üzrə Amerika Agentliyi (USAID) vasitəsilə 2014-cü ildə Maydan hərəkatını maliyyələşdirib və hakimiyyətin devrilməsi üçün 5 milyard dollar xərcləyib.

Xəbər verilir ki, bunu amerikalı siyasətçi, kiçik Robert Kennedi jurnalist Taker Karlsona müsahibəsində bildirib.

Kennedinin sözlərinə görə, Viktor Yanukoviç hökuməti Qərbin tərəfinə keçməkdən imtina etdi və bu, onun hakimiyyətdən uzaqlaşdırılmasına səbəb oldu.

"ABŞ Kiyevdə Ukraynada Yanukoviç hökumətinin devrilməsi ilə nəticələnən etiraz aksiyalarına 5 milyard dollar xərcləyib”, - Kennedi qeyd edib.

Kennedi bundan öncə isə deyib ki, Ukraynada ABŞ-nin bioloji laboratoriyaları fəaliyyət göstərir və onların məqsədi etnik bioloji silahların yaradılmasıdır.

Mürtəza


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi