Təyyarənin qəza anı - ANBAAN VİDEO
Xəbər verdiyimiz kimi, ABŞ-də tibbi təyyarə qəzaya uğrayıb.
Söz.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Pensilvaniya ştatının Filadelfiya şəhərində baş verib.
Təyyarədə xəstə qız, anası, həkim, feldşer və iki ekipaj üzvü olub. Onların hamısı Meksika vətəndaşıdır.
Qəza zamanı təyyarədə olanlardan sağ qalanlarla bağlı məlumat verilməyib.
Təyyarə qəzası bir neçə evə və avtomobilə ziyan vurub. Həmin an altı nəfər yaralanıb. Ölən yerli sakinlər barədə məlumat yoxdur.