azia.az
azia.az

Ukrayna təyyarəsini İran "səhvən vurub"

10-01-2020, 11:23


İran bu həftə Tehran yaxınlığında qəzaya uğramış, içərisində 176 adamın olduğu təyyarəni səhvən vurub, ABŞ mediası xəbər verir.

ABŞ rəsmiləri deyib ki, onlar Ukraynaya məxsus Boeing 737-800 təyyarəsini raketlə vurublar, CBS bildirir.
Ukrayna təyyarəsini İran "səhvən vurub"
Ukrayna daha öncə demişdi ki, təyyarənin raket hücumundan düşməsi ehtimalını araşdırır, ancaq İran bu versiyanı rədd etmişdi.

Təyyarə qəzası barədə xəbər İranın İraqda ABŞ hərbi bazalarına raket hücumu etməsindən bir neçə saat sonra verilib.

CBS News ABŞ kəşfiyyatına istinadla deyir ki, peyk iki raket buraxılması barədə infrared siqnal verib və bundan sonra bir partlayış siqnalı gəlib.

Aeroporta qayıtmaq cəhdi
İranda qəzaya uğramış Ukraynanın Boeing-737 təyyarəsi qəzadan əvvəl aeroporta qayıtmağa cəhd edib, hadisəni araşdıran iranlı rəsmilər bildirir.

Göyərtəsində 176 nəfər olan Boeing 737-800 təyyarəsi çərşənbə günü Tehran hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəzadan sağ çıxan olmayıb.

İlkin araşdırmaya görə, aeroport zonasını tərk edərkən problem yaranan təyyarədə "yanğın olub".

Qəza, İranın ABŞ qüvvələrinin yerləşdiyi iki hava bazasına raket zərbələri endirdikdən bir neçə saat sonra baş verib. Hərçənd ki, iki hadisənin əlaqəli olması barədə dəlil yoxdur.

Cümə axşamı, Ukrayna təhlükəsizlik şurasının katibi Oleksiy Danylov deyib ki, mütəxəssislər qəza yerində mümkün raket qalıqlarını axtarmaq istəyirlər.

BBC News Azərbaycanca tərəfindən edilən nömrəli Facebook paylaşımın sonu

"Həyəcan siqnalı olmayıb"

Qəza İran və ABŞ arasında, general Qasım Süleymaninin qətlindən sonra yüksək gərginlik yaşandığı vaxta təsadüf edib. İran aşkar olunmuş qara qutudakı uçuş qeydlərini Boeing və ya ABŞ-a təhvil verməyəcəyini bildirib.

Qlobal aviasiya qaydalarına əsasən, İranın istintaqa rəhbərlik etmək hüququ olsa da, adətən araşdırmaya təyyarə istehsalçıları da cəlb olunur.

İranın Mülki Aviasiya Təşkilatının (CAOİ) rəhbəri Əli Abedzadə deyib: "Hava limanı zonasını tərk etmək üçün qərbə yönlənən təyyarə, problem yaranandan sonra sağa dönüb və qəza anında hava limanına istiqamət almışdı".

Əli Abedzadə İmam Xomeyni aeroportuna qayıtmağa cəhd etməkdən əvvəl təyyarə pilotlarından "həyəcan siqnalının" daxil olmadığını əlavə edib.

İranın Mühafizəkar Mehr xəbər agentliyinə görə, Əli Abedzadə "qara qutunu istehsalçıya və amerikalılara verməyəcəyik" deyib.

"Bu qəza İranın aviasiya təşkilatı tərəfindən araşdırılacaq, ancaq ukraynalılar da iştirak edə bilər", o qeyd edib.

Cənab Abedzadə qara qutunun hansı ölkə tərəfindən tədqiq ediləcəyinin hələ ki, məlum olmadığını deyib.

Boeing şirkəti isə "lazımi şəkildə kömək etməyə hazır olduğunu" söyləyib.

Kanadanın Baş naziri Justin Trudeau ölkəsinin istintaqda rol alacağını gözlədiyini və texniki yardım təklif etdiyini bildirib.

7 ölkədən 176 nəfər

Tehranda Ukraynanın Boeing-737 təyyarəsinin qəzaya düşməsi nəticəsində 7 ölkədən 176 nəfər ölüb, onların arasında Azərbaycan vətəndaşı yoxdur.

İranın Qızıl Aypara Cəmiyyəti sağ qalanları tapmaq şansının olmadığını bildirib.

Ukraynanın xarici işlər naziri Vadim Pristaiko deyib ki, ölənlər arasında 82 iranlı, 63 kanadalı, 10 isveçli, 4 əfqan, 3 britaniyalı, 3 alman, uçuş heyəti daxil olmaqla 11 ukraynalı olub.

Azərbaycan Xarici İşlər Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, ilkin məlumata əsasən, Tehranda baş verən təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat daxil olmayıb.

Qurumun sözçüsü Leyla Abdullayeva deyib ki, bu, ilkin məlumatdır və nazirlik İrandakı yerli qurumlarla əməkdaşlıq edərək məsələni nəzarətdə saxlayır.

Çərşənbə günü səhər saatlarında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə Tehranın İmam Xomeyni hava limanında havaya qalxan zaman qəza törədib, Fars dövlət xəbər agentliyi bildirib.

Ukraynanın Tehrandakı səfirliyi bildirib ki, hadisəyə səbəb mühərrikdəki nasazlıq olub və hadisənin terrorla heç bir əlaqəsi yoxdur.

"İlkin məlumata görə, təyyarə texniki səbəblərə görə yaranan mühərrik nasazlığı nəticəsində qəzaya uğrayıb. Hazırda terror aktının versiyası istisna olunur", - səfirlik Ukrayna Xarici İşlər Nazirliyinin saytında bildirilib.

Ukrayna Prezidenti Vladimir Zelenski Oman səfərini yarımçıq qoyaraq Kiyevə qayıdıb. O, rəsmi rəsmi hesabatlar hazır olana qədər "fəlakət haqqında fərziyyə və ya yoxlanılmamış nəzəriyyələrə" qarşı xəbərdarlıq edib.

"Bütün sərnişinlərin və ekipajın yaxınlarına və dostlarına səmimi başsağlığı verirəm", - o deyib.

Təyyarədə 168 sərnişin və ekipaj üzvünün qeydiyyatdan keçdiyi təsdiq edilib.

Ukrayna Beynəlxalq Hava Yolları Tehrana uçuşları qeyri-müəyyən müddətə təxirə salıb. Aviaşirkət təyyarənin son planlaşdırılmış texniki baxışının bazar ertəsi günü həyata keçirildiyini söyləyib.

İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri dövlət mediasına kiminsə bu qəzadan sağ çıxmasının "mümkünsüz" olduğunu bildirib.

İran mətbuatı xilasetmə dəstələrinin təyyarənin qara qutusundan birini tapdığını yazır.

Aviasiya təhlükəsizliyi üzrə təhlilçi Tod Curtis BBC-yə deyib ki, təyyarə 2016-cı ildə istehsal olunub və hava yollarına yenicə təhvil verilib.

"Təyyarə çox parçalanıb. Demək ki, ya yerdə nəsə güclü bir təsir var idi, ya da səmada nəsə baş verib", - o deyib.

Təyyarə Ukraynanın paytaxtı Kiyevə yola düşəcəkdi.

Ukrayna mütəxəssisləri İranda yanvarın 8-də səhərə yaxın qəzaya uğrayan “Boeing 737” sərnişin təyyarəsi barədə təhqiqat aparmaq üçün bu ölkəyə göndəriliblər. Onlar raket qalıqları axtaracaqlar, çünki təyyarənin raketlə vurulduğu ehtimal getdikcə artır.

Virtualaz.org xəbər verir ki, Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov bu haqda bildirib.

Onun sözlərinə görə, Ukrayna təyyarəsinin “Tor” zenit-raket kompleksi ilə vurulması versiyası araşdırılır. Lakin bu kompleks kimə məxsus olub, raketi kim buraxıb, Danilov bu haqda danışmayıb.

Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri əlavə edib ki, İrana göndərilən qrupun tərkibində 2014-cü ildə Donbass səmasında Malayziyanın “Boeing” sərnişin təyyarəsinin vurulmasını araşdırmış mütəxəssislər ye alır. Həmin mütəxəssislər təyyarənin vurulduğu “Buk” raketinin fraqmentlərinin ekspertizasında iştirak ediblər

Xatırladaq ki, Ukrayna təyyarəsi İranın İraqdakı Amerika aviabazalarına raket zərbələri endirdiyi saatlarda qəzaya uğrayıb. Təyyarə Tehran aeroportundan havaya qalxdıqdan az sonra havada alovlanıb, şahidlərin bildirdiyinə görə, alov alan təyyarə istiqamətini dəyişərək aeroporta geri dönməyə çalışıb, lakin Tehran ətrafındakı Lalə parkına düşüb. Təyyarə parça-parça olub və qalıqları 2 kilometr radiusda səpələnib. Layner cəmi 3 il əvvəl istehsal edilib və uçuşdan əvvəl yoxlanılarkan tamamilə saz vəziyyətdə olub. Xarici KİV-lər təyyarənin qalıqları arasından “Tor” raketinə aid parçanın tapıldığı haqda məlumatlar yayıblar, həmin fraqmentin fotosunu dərc ediblər.

İran tərəfi təyyarənin qara qutularını Ukraynaya verməkdən imtina edib. İran tərəfinin versiyasına görə, təyyarə hansısa texniki səbəbdən qəzaya uğrayıb. Lakin hazırda təyyarənin raketlə vurulduğu, yaxud havada pilotsuz təyyarə ilə toqquşduğu barədə versiyalar önə çıxmaqdadır.

Təyyarənin göyərtəsindəki 167 sərnişin və heyət üzvləri həlak olublar. Sərnişinlərin 41-i İran, 43-ü Kanada vətəndaşlarıdır. Radarlardan itərkən təyyarə 2500 metr yüksəklikdə olub.

Ehtimallara görə təyyarə İranın Hava Hücumundan Müdafiə sistemləri tərəfindən səhvən vurula bilərdi.

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi