azia.az
azia.az

Britaniya hökuməti Netanyahu və Qalantı həbs etməyə hazırdır

Bu gün, 07:56

Böyük Britaniyanın Leyboristlər hökuməti İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantı ölkəyə gəlsələr, onların həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin qərarını yerinə yetirməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə “The Times”a Böyük Britaniyanın baş naziri Kir Starmerin ofisinin nümayəndəsi məlumat verib.

Qeyd olunub ki, Britaniya hökuməti qanuni öhdəliklərinə əməl edəcək.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi ibtidai araşdırmalar çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib.

Məhkəmə əvvəl Böyük Britaniyanın sözügedən məsələ ilə bağlı BCM-in yurisdiksiyasına qarşı “amicus curiae” (“məhkəmə dostu”) ərizəsi təqdim etdikdən sonra Netanyahu və Qalantın həbsinə order verilməsi ilə bağlı qərarını təxirə salmışdı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi