Fransa Ukraynaya 6 ədəd “Mirage 2000-5” verəcək
Fransa Ukraynaya 6 ədəd tam təminatlı “Mirage 2000-5” qırıcı təyyarəsi verməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə Fransa Milli Assambleyasının deputatı Frank Jilettinin ölkənin 2025-ci il büdcə layihəsinin müzakirəsi çərçivəsində parlamentin milli müdafiə və ölkənin silahlı qüvvələr komitəsi üçün hazırladığı məruzəsində deyilir.
“Qısamüddətli perspektivdə 6 ədəd “Mirage 2000-5” təyyarəsinin və və onunla bağlı tam dəstək modelinin Ukrayna Hərbi Hava Qüvvələrinə verilməsi qırıcı təyyarələrimizin fərdi formatını daha da zəiflədəcək”, - Franssa Milli Assambleyasının saytında dərc olunan sənəddə deyilir.
Bu kontekstdə Jiletti texnikanın verilməsinin Fransa Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə missiyalarını yerinə yetirmək qabiliyyətinə təsir edəcəyindən narahatlığını ifadə edir.
“Fransa prezidentinin 2025-ci ildə bir neçə “Mirage 2000-5” təyyarəsinin Ukrayna silahlı qüvvələrinə veriləcəyi ilə bağlı bu yaxınlarda verdiyi bəyanat potensialın çatışmazlığını daha da pisləşdirəcək”, - deputat iddia edir.
Eyni zamanda, o, təyyarələrin istehsal qrafikinin hələ də hərbi iqtisadiyyatın gözləntilərini doğrultmaqdan uzaq olduğunu vurğulayır.