İsrailin ölkə ərazisinə zərbəsindən sonra İran Prezidenti Məsud Pezeşkian Tehranın düşünülmüş cavab verəcəyini vəd edib. “Report” xəbər verir ki, bu barədə İran lideri “X” sosial şəbəkəsindəki səhifəsində yazıb. “İranın düşmənləri bilməlidirlər ki,
İsrailin ölkə ərazisinə zərbəsindən sonra İran Prezidenti Məsud Pezeşkian Tehranın düşünülmüş cavab verəcəyini vəd edib.
“Report” xəbər verir ki, bu barədə İran lideri “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“İranın düşmənləri bilməlidirlər ki, xalqı qorxmadan öz torpaqlarını müdafiə etmək üçün ayağa qalxacaq. İranın istənilən cavabı balanslı və düşünülmüş olacaq”, - Pezeşkian bildirib.
Qeyd edək ki, oktyabrın 26-na keçən gecə İsrail İranın hərbi obyektlərinə zərbələr endirib. İran isə beynəlxalq ictimaiyyəti Yaxın Şərqdə müharibənin başlamasının qarşısını almaq üçün İsrailə qarşı tədbir görməyə çağırıb.