Milyardlarla vəsait mənimsənilib-Korrupsiya qalmaqalı
Qazaxıstanın dövlət idman təşkilatlarında aparılan yoxlamalar zamanı Korrupsiyaya Qarşı Mübarizə Xidməti ümumilikdə 13 milyard tenge (təxminən 3,5 milyon manat) dəyərində 60-a yaxın qanun pozuntusu aşkar edib.
Xəbər verilir ki, bu barədə məlumatı "Sports.kz" yayıb.
Mənbənin məlumata görə, yoxlamalar zamanı həmin tədris bölmələrinin ikiqat maliyyələşdirilməsi, rüsum və adambaşına ayrılan vəsaitlərin oğurlanması ilə bağlı sxemlər aşkar edilib.
Mənimsəmədə şübhəli bilinən İdman və Turizm Nazirliyinin İdmanın İnkişafı İdarəsinin sabiq rəhbərliyi barəsində də ibtidai istintaq başa çatıb.
Bundan əlavə, 2023-cü il Asiya Oyunlarında iştirak, xidmət, avadanlıq və ezamiyyət xərclərinin maliyyələşdirilməsinə ayrılan büdcə vəsaitlərinin mənimsənilməsi müəyyən edilib. Asiya Oyunlarına görə dəymiş ziyanın ümumi məbləği 746 milyon tenge təşkil edib.
Mirağa