azia.az
azia.az

ABŞ husilərlə əlaqəsi olan şirkətlərə və gəmilərə qarşı sanksiyaları genişləndirib

2-10-2024, 22:32

ABŞ Maliyyə Nazirliyi Yəməndəki “Ənsar Allah” üsyançı hərəkatından olan husilərlə əlaqəyə görə fiziki şəxsi, 3 hüquqi şəxsi və 2 tankeri sanksiyalar siyahısına əlavə edib.

“Report” xəbər verir ki, bu barədə Amerikanın maliyyə qurumunun məlumatında deyilir.

Məlumata görə, sanksiyalar Yəmən vətəndaşına, həmçinin Çindən olan 2 şirkətə və Marşal adalarında yerləşən 1 şirkətə qarşı tətbiq edilib. Vaşinqtonun versiyasına görə, onlar husilərə raket arsenalı və PUA-ların istehsalı və istismarı üçün lazım olan ikili təyinatlı materialların və komponentlərin alınmasında iştirak ediblər.

Qurumdan iddia edilib ki, Qabon və Kuk adaları bayraqları altında üzən və sanksiyaya məruz qalmış gəmilər isə İran neftini husilərə təchizat kimi daşıyıb, eləcə də Rusiyanın enerji resurslarını nəql ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi