azia.az
azia.az

Putinin uşaqlıq dostları GÖRÜN KİMLƏR İMİŞ - SİYAHI

15-03-2022, 17:34


Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan və Rusiyanın Ukraynaya hücumuna görə Qərb dövlətlərinin sanksiyalar tətbiq etdiyi onlarla rus "oliqarx”ının sərvətinin ən azı 118 milyard dollar səviyyəsində olduğu təxmin edilir.
Putinin uşaqlıq dostları GÖRÜN KİMLƏR İMİŞ - SİYAHI
ABŞ, Aİ və İngiltərənin sanksiya tətbiq etdiyi rusiyalı oliqarxlar əsasən enerji, polad, kimya, bank və aviasiya sektorlarına investisiyaları ilə tanınırlar. Sanksiyaya məruz qalan adlar arasında Rusiyanın ən zəngin iş adamlarından olan Aleksey Mordaşov, Gennadi Timçenko və Roman Abramoviç də var.

Onlardan bir neçəsinin sərvətini təqdim edirik:

Qərb ölkələrinin sanksiya tətbiq etdiyi adlar arasında İngiltərənin "Chelsea FC" futbol komandası və Evraz şirkətlərinin də sahibi olan rus oliqarx Roman Abramoviç "Forbes" jurnalına görə təxminən 13 milyard dollarlıq sərvəti ilə diqqət çəkir. Sərvətini əsasən dəmir-polad sektorundakı investisiyalardan əldə edən Abramoviç 2018-ci ildə Böyük Britaniyanın "investisiya vizası” verməməsindən sonra İsrail vətəndaşlığını alıb.

Sanksiya siyahısında olan və təxmini xalis sərvəti 2,6 milyard dollar olan Oleq Deripaska əsasən alüminium və enerji sektorlarına investisiyaları ilə tanınır.

Təxminən 16,6 milyard dollarlıq sərvətə sahib olan Əlişer Usmanov həm futbol və texnologiya sahəsindəki sərmayələri, həm də dəmir-polad sektoruna yatırımları ilə tanınır.

29,1 milyard dollar təxmin edilən sərvəti ilə Rusiyanın ən zəngin iş adamlarından biri olan Aleksey Mordaşov gəlirinin əhəmiyyətli hissəsini polad sənayesindən qazanır.

Rusiya kömür və gübrə sənayesinin görkəmli adı Andrey Melniçenkonun sərvəti 16 milyard dollardır.

Siyahıda Putinin uşaqlıq dostları da var

Enerji, nəqliyyat və tikinti sektorlarına qoyduğu sərmayələrlə təxminən 11,3 milyard dollar sərvəti olan Gennadi Timçenko Putinin Sankt-Peterburqdan tanış olduğu yaxın dost kimi tanınır.

Putinin uşaqlıq dostlarından biri kimi tanınan və Rusiyanın ən böyük boru kəməri tikinti şirkətinin sahibi olan Arkadi Rotenberqin oğlu İqor Rotenberq sanksiyaya məruz qalan digər ad kimi diqqəti çəkir. İqor Rotenberq 2014-cü ildə atası Arkadi Rotenberq ABŞ-ın sanksiyalar siyahısına salınanda atasının bəzi şirkətlərinin səhmlərini alıb.

Sanksiyaya məruz qalan digər şəxs Arkadi Rotenberqin qardaşı və Putinin uşaqlıq dostu Boris Rotenberq 1,2 milyard dollarlıq sərvəti ilə xüsusilə bank sahəsində müxtəlif fəaliyyətlərlə məşğuldur.

Rusiyada bank sektorunun aparıcı adlarından olan Mixail Fridman 12,3 milyard dollar, eyni sektordan Petr Aven isə təxminən 4,5 milyard dollar sərvətlə sanksiyaya məruz qalan oliqarxlar arasındadır.

Sanksiyaya məruz qalanlar arasında 1,4 milyard dollar sərvəti ilə Rusiyanın ən gənc milyarderi kimi tanınan Kiril Şamalov da var. Şamalov Putinin yaxın dostu Nikolay Şamalovun oğludur.

Qərb ölkələrinin sanksiyalarına oliqarxlarla yanaşı, Rusiyada mühüm vəzifələrdə olan tənqidi şəxslər də daxildir.

Sanksiya siyahısına Putinlə yanaşı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Kremlin sözçüsü Dmitri Peskov da daxil edilib.

Ölkənin ən böyük neft şirkəti olan "Rosneft”in prezidenti İqor Seçin və dünyanın ən böyük təbii qaz şirkətlərindən biri olan "Qazprom”un prezidenti Aleksey Miller, Rusiyanın "Transneft” ictimai şirkətinin prezidenti Nikolay Tokarev və Rusiya dövlət müdafiə sənayesinin prezidenti Sergey Çemezov Rosteft şirkəti də sanksiyaya məruz qalıb.

Qeyd edək ki, sanksiyaya məruz qalan adların sərvəti ən azı 118 milyard dollardır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi