Boğulan şəxsi xilas etməyə çalışan 11 NƏFƏR BATDI-DƏHŞƏT
Qazaxıstanın Türküstan vilayətində Sırdərya çayında 8-i azyaşlı olmaqla 11 nəfər ölüb.
AZia.az blogu news24.az-a istinadən xəbər verir ki, bu barədə "Tengrinews.kz" məlumat yayıb.
İlkin məlumata görə, çay sahilində dincəlməyə gələn şəxslər bir qızın çayda boğulmağa başladığını görüb onu çıxarmağa çalışıblar. Onlar bir-birini xilas etməyə çalışarkən hamısı suda boğulublar.
Sözügedən ərazi üzgüçülük üçün nəzərdə tutulmayıb.
Çayda boğulanların hamısının cəsədi tapılıb.