azia.az
azia.az

Putin bu rusları “ətçəkən maşın”la hədələdi- “Hamısının adını öyrənəcəyik”

18-03-2024, 09:15

Azia.az blogu-Rusiya Prezidenti Vladimir Putin Ukrayna tərəfində döyüşən “Rusiya könüllüləri korpusu”nu İkinci Dünya müharibəsində nasist Almaniyası tərəfində döyüşən” “Vlasovçular”la müqayisə edib.

Bu barədə o, seçki qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz onlara rahatlıq verməyəcəyik. Onlar bunu bilməlidirlər. Bizdə ölüm hökmü yoxdur, amma biz bu insanlara döyüş bölgəsində olanlar kimi baxacağıq. Onlar əllərində silahla vətənlərinə-Rusiyaya qarşı vuruşurlar. Əgər düşmən “ətçəkən maşını” xoşlayırsa, bu, bizim üçün də faydalıdır. Hüquq-mühafizə orqanlarına onların hamısının adlarını müəyyən etmək və müvafiq tədbirlər görmək üçün tapşırıqlar veriləcək”, deyə Rusiya Prezidenti vurğulayıb.

apa


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi