azia.az
azia.az

"Ərzaq, dərman, ilk yardım dəsti toplayın!" - İsveç-Rusiya müharibəsi BAŞLAYIR?

12-03-2024, 14:28

İsveç vətəndaşlarına Rusiya ilə potensial müharibə ərəfəsində ərzaq, dərman və ilkin ehtiyaclar ehtiyatı toplamağı məsləhət görüb.

 

Sfera.az xəbər verir ki, bu barədə Fransanın "Sud Ouest" portalı məlumat yayıb.

 

“Konservlər, portativ su filtri, ilk yardım dəsti və radio - hökumətin ehtiyatda saxlamağı tövsiyə etdiyi bunlardır” - məlumatda bildirilib.

İsveç hökuməti ən azı üç ay ərzində ərzaq və dərman ehtiyatına malik olmağın zəruriliyini qeyd edir.

 

Xatırladaq ki, martın 7-də İsveç rəsmi olaraq NATO-ya üzv olub. Krallıq Şimali Atlantika Alyansının 32-ci üzvü kimi qeydə alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi