Şimali Koreya Yapon dənizinə bir neçə qanadlı RAKET ATIB
Şimali Koreya yenidən Yapon dənizinə bir neçə naməlum qanadlı raket atıb. APA xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri məlumat yayıb. “Bu gün, fevralın 14-də, təxminən saat 09:00-da (Bakı vaxtı ilə saat 04:00) Şimali Koreyanın Yapon dənizinin (Şərq) şimal-şərqindən bir neçə naməlum qanadlı raket atılıb”, – deyə bəyantda vurğulunıb. Cənubi Koreya ordusu hazır vəziyyətə gətirilib.
Bu, Şimali Koreyanın son vaxtlar beşinci qanadlı raket sınağıdır.
Yanvarın 24-də Cənubi Koreya ordusu KXDR-nin Sarı dənizə doğru bir neçə qanadlı raket atdığını aşkar edib.