azia.az
azia.az

200 milyon dollarlıq film “bata” bilər

6-02-2024, 09:02

Fevralın 2-də ABŞ-da ekranlara çıxan Anri Kevillin baş rolda yer aldığı “Argylle” filminin büdcəsinin 200 milyon dollar olduğu açıqlanıb.

Valyuta.az xəbər verir ki, Kevillə yanaşı Brays Dallas Hovard, Sem Rokvell, Brayan Kranston, Semuel Cekson, Dua Lipa və Con Kena kimi bir çox əhəmiyyətli adların yer aldığı film uğurlu sayılması üçün ən azı 300 milyon dollar gəlir gətirməlidir. Ancaq “Variety”nin hesabatına görə, film o qədər də gəlir əldə etməyə bilər. 

“The Wrap”a görə, cümə günü açılışı 6,5 milyon dollar olan film həftəsonu ümumilikdə təxminən 16,5 milyon dollar gəlir əldə edəcək. Tənqidçilərin fikrincə, bu, böyük ümidlər bəslənən film üçün pis başlanğıcdır. Bu sönük açılış 40 yaşlı britaniyalı aktyor üçün ilk deyil.

Kevillin baş rolda çəkildiyi, büdcəsi 75 milyon dollar olan “The Man from UNCLE” ilk vaxtlarda cəmi 13,4 milyon dollar qazansa da, sonradan bu rəqəm 110 milyona çatıb.

Rejissor Qay Riçinin 2015-ci ildə çəkdiyi film tənqidçilərdən müsbət rəylər alsa da, kassalarda istədiyi uğuru qazana bilməyib.

Kevillin son filmi üçün kassada böyük uğursuzluğa düçar olacağına işarə edir. Casus komediya janrında olan film həftəsonu hər gün 6,5 milyon dollar qazansa belə, bu, cəmi 19,5 milyon dollarlıq bir açılış demək olardı. Bu da 300 milyon dollar qazanc əldə etməyə ümid bəslənən bir film üçün o qədər də uğurlu başlanğıc sayılmır.

Elmir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi