azia.az
azia.az

DOĞUM GÜNÜN MÜBARƏK, VƏTƏNİN İGİD OĞLU !

19-11-2022, 15:59


Bu gün Vətən Müharibəsində hər iki gözünü itirən igid qazimiz Səfərli Kamilin doğum günüdür. Mərd qardaşımızı bütün Azərbaycan adından təbrik edir, ona can sağlığı diləyirik!

Vətən darda olanda canından can verdin sən,

 Qan donduran gecədə səhərə sağ qaldın sən.  

Şükür bu günə, Allah, şükür sənə Ilahi,

 Artiq çəliksiz belə yeriyə ki bilirsən!

 Minalar muncuq təki dağlarda səpələnib, 

Onlari düşmən qəsdən şuma səpib, ələyib. 

Hər mina tapdiğında neçə ömür qurtardın, 

Bu xalq sənə baş əyir, qürur duyur, qardaşım.

 Kamil adı nahaqdan verilməyib Kamilə, 

O Kamildir hərbidə, Kamildir hər bir işdə.

 Düşmənə qarşı vardır onda nifrət və himlə, 

Göz nurunu itirdi fəqət o son gedişdə. 

Zəfərə imza atan igid qardaw, min yawa! 

Qoy sevinsin səninlə Azərbaycan birbaşa!

 Gözünün nuru olan, bu torpağa yaraşan- 

Adın gələndə hər an- etsin hər kəs tamaşa! 

Zəfər elin sevinci, bayramı, xoş günüdür, 

Bu elə sevinc verən, pay qatan toy, düyündür, 

Xoşwbəxt ol məmləkətim, sənlə qürur duyulur,

 Bu xalq oz şəhidini bil ki, əsla unutmur! 

Qazilər təsəllimiz, şəhidlərdən yadigar, 

Bizim güman yerimiz, and yerimizdir onlar, 

Azərbaycan mövcudsa- yaşayır qəhrəmanlar, 

Qəlbimizdə od olub daima alovlanar! 

Qəlbimizdə bir od tək onlar hey alovlanar! 

Aynur Nurlu 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi