azia.az
azia.az

Trampın vergi sənədlərini sızdıran şəxsə 5 il həbs cəzası

30-01-2024, 08:55

ABŞ-ın eks prezidenti Donald Trampın vergi sənədlərini mətbuata sızdıran ABŞ Vergi İdarəsinin keçmiş subpodratçısı Çarlz Litlcon Vaşinqtonda federal məhkəmədə keçirilən iclasda hakim qarşısına çıxıb.

Xəbər verilir ki, 2023-cü ilin oktyabrında prokurorla razılaşan və "Amerikalının federal vergi bəyannamələrini qeyri-qanuni şəkildə açıqlamaq" ittihamını qəbul edən Litlcon 5 il həbs və 5 min dollar pul cəzasına məhkum edilib.

Məhkəmədə ittiham tərəfi Litleconun minlərlə amerikalının federal vergi bəyannamələrini və digər şəxsi maliyyə məlumatlarını qeyri-qanuni olaraq bir çox xəbər təşkilatlarına açıqlayaraq vəzifəsindən sui-istifadə etdiyi iddiasını irəli sürüb. 

Qeyd edək ki, 38 yaşlı Litlcon 1000-dən çox milyarderin vergi bəyannamələrini, o cümlədən keçmiş prezident Donald Trampın qeydlərini subpodratçı kimi işlədiyi ABŞ Vergilər İdarəsinə məxsus kompüterdən sızdıraraq, onları “New York Times” və “ProPublica” kimi media qurumlarına ötürüb.

Teymur Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi