azia.az
azia.az

POlis turistə təcavüz etdi

19-10-2023, 09:06

ABŞ-ın Kliruoter şəhərində  polis məmuru turisti zorladığı üçün həbsxanaya düşüb. 

Azia.az lent.az-a istinadən bildirir ki, zorlamada təqsirkar bilinən Kliruoter Polis İdarəsinin 29 yaşlı əməkdaşı Nikolas Palomadır,

Kliruoter-Biç rayonunda növbədə olan Nikolas yolayrıcında 32 yaşlı qadını saxlayıb və ona yolu qadağan olunmuş yerdən keçdiyini bildirib. Bundan sonra asayiş keşikçisi onu maşına mindirib və otelə aparacağını deyib.

Məlumata görə, Paloma yaxınlığında turisti təxminən yarım saat ərazidə gəzdirib, sonra isə onu zorlayıb və otelə düşürüb. Qadın hadisə barədə polisə xəbər verib, şübhəli şəxs tutularaq Floridadakı Pinellas dairəsi həbsxanasına aparılıb.

"Bu iş bütün hüquq-mühafizə orqanlarının reputasiyasına son dərəcə xələl gətirir. Bu, bizim peşəmizə inamı sarsıdır", - dairənin polis rəisi Erik Qandi deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi