ƏMISI QIZINI ZORLAYIB SONRA DA ÖLDÜRDÜYÜ IDDIA EDILƏN VƏ KORRUPSIYAYA GÖRƏ IŞDƏN QOVULAN KEÇMIŞ TƏHSIL ŞÖBƏSININ MÜDIRINI ICRA BAŞÇISI LERIKƏ BƏLƏDIYYƏ SƏDRI TƏYIN ETDI -HÜSEYINBALA MIRƏLƏMOVUN BACISI OĞLU OLDUĞU ÜÇÜN
HÜSEYNBALA MİRƏLƏMOV MANDATSIZ QALDIĞI KİMİ, QOHUMU BALAŞİRİN NƏSİROV DA BƏLƏDİYYƏ SƏDRİ VƏZİFƏSİNDƏN GETMƏLİDİR!
LERİKDƏ SAXTAKARLIQLARIN SONU GƏLƏCƏKMİ?
Bu il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri hələ keçən ilin noyabr ayının sonunda Milli Məclisin buraxılması ilə gündəmi zəbt etməklə dərhal qazandığı aktuallığına görə 2019-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərini kölgədə qoydu. Seçkilərin bəzi dairə və məntəqələrində qanunsuzluq və saxtakarlıqla müşayiət olunan nəticələrinin ləğv edilməsi, bəzi mübahisəli nəticələrin isə araşdırılması işinin davam etməsi hələ də ən aktual mövzu olaraq qalmaqdadır.
Məlum olduğu kimi, Hüseynbala Mirələmovun da 33 saylı Lerik seçki dairəsinin nəticələrinin etibarsız hesab edilməsi haqqında da qərar verilib. Görünən odur ki, Mirələmov bu dəfə mandatsız qalacaq. Bu isə o deməkdir ki, sabiq deputatın cəmiyyətdəki nüfuzu tədricən “əriyəcək”, mövqeyi zəifləyəcək. Sözsüz, havadarlıq etdiyi yaxın-uzaq qohumlarının onun hesabına tutduqları vəzifələri itirəcəkləri də ağlabatan görünür. Bu tendensiya başlayarsa, Hüseynbala müəllimin himaədarlıq etdiyi şəxslər sırasında ilk növbədə zərərsizləşdirilməsi gərəkən adam Lerik şəhər bələdiyyəsinin sədri Balaşirin Nəsirovdur.
Bəli, hörmətli oxucular, düz tapmısınız – Söhbət Lerik Rayon Təhsil Şöbəsinin (RTŞ) sabiq müdiri B.Nəsirovdan gedir. O Nəsirovdan ki, Lerik bələdiyyəsinə nə üzv, nə də sədr seçilməyib, deputat dayısı Hüseynbala Mirələmovun himayədarlığı, Lerik Rayon İcra Hakimiyətinin (RİH) başçısı Rövşən Bağırovun dəstəyi ilə de-fakto təyin olunub. Çünki onun haqqında ictimai rəy o qədər mənfidir ki, nəinki rayon üzrə, hətta heç doğulduğu kənddə belə yerli özünüidarəetmə qurumuna üzvlüyə namizədliyini irəli sürsəydi, şəffaf seçki şəraitində qətiyyən səs toplaya bilməzdi.
Xatırladaq ki, B.Nəsirov müvafiq pedaqoji stajı olmadan (5 il məktəb direktoru işləmədən) və anonim məktublarla sələfinin “ayağının altını qazaraq” sabiq deputat Hüseynbala Mirələmovun havadarlığı ilə ələ keçirdiyi Lerik RTŞ-nin müdiri vəzifəsində işlədiyi dövrdə onun yarıtmaz idarəçiliyi, səlahiyyətlərindən sui-istifadə etməsi, rüşvətxorluğu barədə yuxarı instansiyalara çoxsaylı şikayətlər ünvanlanıb, barəsində KİV-də xeyli tənqidi məqalələr dərc olunub. İş o yerə çatmışdı ki, lerikli müəllimlər “Balaşirin Nəsirovun Qanunsuz Əməllərinə Qarşı” təşəbbüs qrupu yaratmış, paytaxtda RATİ-nin mətbuat mərkəzində konfrans keçirmişdilər. O dövrün məlumatlarında bildirilirdi ki, B.Nəsirov onun rüşvət tələbinə boyun əyməyən direktor və müəllimləri, bağça müdirlərini müxtəlif təzyiqlərlə işdən çıxarıb. B.Nəsirovun mətbiuatda sadalanan korruptiv əməlləri sırasında onun vəzifə alveri ilə məşğul olması, saxta attestat bazarı açması, mal-material qiymətliləri, inventar və avadanlıqlar almaq, uşaq bağçalarını ərzaqla təmin etmək təyinatlı dövlət vəsaitini heç bir fəaliyyəti olmayan fiziki şəxslərin, o cümlədən, Bakıda yaşayan qardaşının hesabına köçürərək sonradan nağdlaşdırıb mənimsəməsi, hər tədris ilinin əvvəlində məktəblərin əksəriyyətində siniflərin və şagirdlərin sayını şişirdərək tədris olunan dərs saatlarına ayrılan pulları “həzm-rabedən” keçirməsi və s. kimi faktlar yer almışdı.
Şikayətlər əsasında, habelə keçmiş təhsil naziri Mikayıl Cabbarovun təqdimatı əsasında 2017-ci ildə B.Nəsirov barəsində AR Baş Prokurorluğu Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi AR CM-nin 308.1-ci maddəsi ilə 172026019 nömrəli cinayət işi açılmışdı. Ancaq çox təəssüflər olsun ki, B.Nəsirov əslində onun həbsi ilə nəticələnməli olan son dərəcə ciddi ittihamlardan yalnız RTŞ müdiri vəzifəsindən kənarlaşdırılmaqla yaxasını qurtara bildi.
B.Nəsirovun işdənkənar davranışı da müəllimlərin etik davranış kodeksinə zidd olmuşdur. Bildirilirdi ki, o, Lerikdən apardığı keçi ətini paytaxtın bir neçə restoranında, o cümlədən, H.Mirələmova məxsus “Min bir gecə” restoranında ceyran əti adı ilə baha qiymətə satdırıb.
Əlbəttə ki, B.Nəsirovun haqqında yayılan xəbərlərin ən pisi bacısı, Qəhrəman Ana Səmayə Nəsirovanın onun mənəviyyata sığmayan hərəkətlərindən şikayət etməsi olmuşdu. S.Nəsirova “Detektiv A” qəzetinə izahat vermişdi ki, B.Nəsirov 1992-ci ildə 9-cu sinifdə oxuyan əmisi qızı Sevinc Nəsirovaya sataşıb. Böyük hay-küyə səbəb olan həmin olaydan sonra qız özü və yaxınları təklif ediblər ki, Balaşirin onu ikinci arvadı kimi saxlasın. Lakin B.Nəsirovun ailəsi buna qarşı çıxıb. Bundan sonra əmiqızı itkin düşüb. O ərəfədə B.Nəsirovun qohumlarından Nurxanım Məmmədovanın belə bir sözü KİV-də dolaşdı ki, əmisi qızının “yoxa çıxmasının” səbəbkarı məhz Balaşirindir – ya öldürüb, ya da intihar həddinə çatdırıb.
Hüquq-mühafizə, cinayət təqibi orqanlarının B.Nəsirovun cinayətlərini “görməməsi”, hətta göz yumması onun üçün faciə ilə nəticələndi. 2015-ci ildə Bakıda 23 yaşlı Elnur Balaşirin oğlu Nəsirovun başı kəsildi. Qətli törədən şəxs mərhumun əmisi oğlu Elşən Nəsirov idi. Hadisə namus üstündə baş vermişdi – uzun illər öz əmisi qızı ilə ailə həyatı quracağı gözlənilən Elnur universitetdə başqa qızla tanış olub. Bu hərəkəti əmisi oğlunun etirazına səbəb olub. Bunun da nəticəsi olaraq, Elşən onu öldürərək qisas alıb. Sözsüz ki, B.Nəsirovun özünün keçmiş işdəycələrinin mənsub olduğu nəslin nümayəndələrində yaratdığı mənfi kompleks, nəslin adını təmizə çıxarmaq həsrəti bu məsələdə özünü göstərib.
Lerikli ziyalılar bu qənaətdədirlər ki, B.Nəsirovun bələdiyyə sədri vəzifəsinə yiyələnməsi üçün 2019-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində saxtakarlıq edilib, inzibati resurslar onun adının qutudan qalib kimi çıxarılması üçün səfərbər olunub. Nədən ki, məhz onun malik olduğu xüsusiyyətlər icra başçısı Rövşən Bağırov üçün əlverişlidir.
Hətta söz gəzir ki, O bu vəzifəyə gəlməsi üçün on min manat pul da verib.
Məqalədə adları keçən hər bir şəxssin mövqeyini dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq.
Deryaz.az