azia.az
azia.az

“İsrail mümkün zəlzələlərə hazırlıq üçün təlimlər keçirəcək”

24-08-2023, 08:58

Baş nazir: “İsrail mümkün zəlzələlərə hazırlıq üçün təlimlər keçirəcək”

İsrail mümkün zəlzələlərə hazırlıq üçün genişmiqyaslı təlimlər keçirəcək.

“Report” xəbər verir ki, bunu İsrailin Baş nazir Binyamin Netanyahu özünün teleqram kanalında bildirib.

“Bu gün mən İsraildə baş verə biləcək zəlzələyə hazırlaşmaq üçün fövqəladə hallara hazırlıq üzrə nazirliklərarası komissiya çağırdım. Noyabr ayında genişmiqyaslı təlimlər keçirəcəyik, ən təhlükəli yerlərdə yerləşən binaların gücləndirilməsi istiqamətində iş aparacağıq”, - Netanyahu vurğulayıb.

Baş nazirin dəftərxanası bundan əvvəl məlumat vermişdi ki, hökumət başçısı Qüdsdə vətəndaş cəmiyyətinin fövqəladə hallara hazırlığı üzrə nazirlər komissiyasının ilk iclasını keçirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi