azia.az
azia.az

Həkimlərdən inanılmaz ƏMƏLİYYAT-FANTASTİK UĞUR

18-08-2023, 22:30

Azia.az media-İsraildə həkimlər inanılmaz bir əməliyyat keçirib. Belə ki, onlar velosiped sürərkən avtomobilin vurduğu yeniyetmənin qopmuş başını bərpa edə biliblər.

Xarici KİV-ə istinadən xəbər verilir ki, 12 yaşlı uşaq ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həkimlərin dediyinə görə, onun başı boynun dibindən demək olar ki, tamamilə ayrılıb.

Əməliyyata rəhbərlik edən həkim Ohad Einav bildirib ki, xəstə həkimlərin tez qərar verməsi və əməliyyat otağında istifadə edilən ən son texnologiyalar sayəsində yaşayır.

Həkimlər əməliyyatdan sonra xəstənin sağ qalma şansını 50 faiz qiymətləndirib. Buna baxmayaraq, 12 yaşlı oğlan əməliyyatdan sonra özünü yaxşı hiss edib və bir ay sonra xəstəxanadan buraxılıb.

Professor Dr. Mark Siqel əməliyyatın bu qədər uğurlu olmasının səbəbini izah edib. Onun fikrincə, başın onurğa sütunundan ayrılmasına baxmayaraq, əsas qan damarları zədələnməyib və beyni qanla təmin edib.

O həmçinin qeyd edib ki, adətən uşaqlarda skeletin struktur xüsusiyyətlərinə görə belə əməliyyatlar aparılmır və israilli həkimlərin uşağı xilas etmələri onların yüksək peşəkarlığından xəbər verir.

İqbal Rzayev,

KONKRET.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi