ABŞ-dən Türkiyə üçün F-16 qərarı
ABŞ Dövlət Departamenti F-16 döyüş təyyarələrinin rabitə sistemi olan “Link-16” taktiki məlumat bağlantısı şəbəkəsinin modernizasiya dəstlərinin Türkiyəyə satışını təsdiqləyib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Dövlət Departamenti məsələ ilə bağlı Konqresi məlumatlandırıb.
Taktiki məlumat bağlantısı kimi də tanınan Link-16 hərbi radio şəbəkəsi NATO və müttəfiq ölkələr tərəfindən istifadə olunur.
Bu şəbəkə təyyarələr, helikopterlər, dronlar, gəmilər və quru qoşunları arasında taktiki məlumat mübadiləsini təmin edir.