azia.az
azia.az

İsraildə aksiyaların arxasından “Mossad” çıxdı

9-04-2023, 13:02

Pentaqondan sızan ABŞ kəşfiyyat məlumatlarına görə, İsrailin xarici kəşfiyyat xidməti “Mossad” agentliyin əməkdaşlarını və İsrail vətəndaşlarını mart ayında ölkəni bürümüş hökumət əleyhinə etirazlarda iştirak etməyə təşviq edib.

Redaktor.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Qeyd olunub ki, martın 1-də Mərkəzi Kəşfiyyatın hesabatına aid edilən sızdırılmış sənədlərə görə, Mossad liderləri agentliyin rəsmilərini və ölkə vətəndaşlarını yeni İsrail hökumətinin təklif etdiyi məhkəmə islahatlarına, o cümlədən hökuməti pisləyən bir neçə açıq çağırışa etiraz etməyə çağırıb.

Nəşr qeyd edir ki, İsrail Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndələri bu məlumatları təkzib ediblər.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti ilə bağlı məlumatların sızması ABŞ-ın NATO-dakı və alyansdan kənar müttəfiqləri ilə münasibətlərini çətinləşdirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi