42 döyüş təyyarəsi EYNİ ANDA havaya qalxdı-Gərginlik PİK HƏDDƏ
Azia.az media-Çin Tayvan lideri Tsay İnq-venin ABŞ-a səfərinə cavab olaraq Tayvan ətrafında üç günlük hərbi təlimlərə başlayıb.
Tayvan Müdafiə Nazirliyi Çinin 42 döyüş təyyarəsi və 8 gəmisinin Tayvan boğazında orta xətti keçdiyini açıqlayıb.
Açıqlamada Çinin Tsainin ABŞ səfərini hərbi təlimlər keçirmək üçün "bəhanə" olaraq istifadə etdiyi qeyd olunub.
Çin Xalq Azadlıq Ordusuna (PLA) bağlı Şərq Cəbhəsi Komandanlığının (ETC) sözçüsü Şi Yi hərbi manevrin Tayvanın şimal və cənubundakı hava məkanında döyüş hazırlığı ilə başladığını açıqlayıb.
"Təlimlər Tayvanın müstəqillik tərəfdarı olan separatçı qüvvələrinə və xarici güclərin təxribatlarına qarşı ciddi xəbərdarlıqdır və milli suverenlik, ərazi bütövlüyünü qorumaq üçün zəruri bir addımdır", - Şi deyib.
Tayvan ətrafında başlayan təlim bazar ertəsinə qədər davam edəcək.
Tayvan Müdafiə Nazirliyinin yaydığı bəyanatda isə bildirilib ki, Çin Tsayın ABŞ-a səfərini regional sülh, sabitlik və təhlükəsizliyə ciddi ziyan vuran hərbi təlimlər keçirmək üçün “bəhanə” edib.
“Hərbçilər sakit, rasional və ciddi şəkildə cavab verəcək və milli suverenliyi, milli təhlükəsizliyi müdafiə etmək üçün öz prinsiplərinə uyğun olaraq vəziyyətə nəzarət edəcək”, - deyə məlumatda bildirilir.
Pekin Tayvanın Çinin bir hissəsi olduğunu, Tayvan isə müstəqil ölkə olduğunu deyir. Çin rəhbərliyi “sülh yolu ilə birləşmə” adı altında Tayvanın idarəçiliyini öz üzərinə götürmək istəyir və bu istiqamətdə güc tətbiq etməkdən çəkinməyəcəyini ifadə edir. Pekin digər ölkələrin Tayvanla rəsmi əlaqəsini “suverenliyin pozulması” kimi qiymətləndirir. Tayvanı dünyada yalnız 13 ölkə rəsmi olaraq tanıyır.
Pekin administrasiyası Tayvan lideri Tsayın Los-Ancelesdə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Kevin Makkarti ilə görüşündən əvvəl Tayvana xəbərdarlıq edib. Çinin Tayvan İşləri İdarəsinin sözçüsü Zhu Fenglia verdiyi açıqlamada bildirib ki, rəsmi Pekin görüşün tamamilə əleyhinədir və buna qəti şəkildə qarşı çıxmaq üçün bütün lazımi tədbirlər görüləcək.
Musavat.com