azia.az
azia.az

Tayvan üzərindən ABŞ-Çin "hesablaşması"nın birinci raundi bitdi.

3-08-2022, 11:18

Tayvan üzərindən ABŞ-Çin "hesablaşması"nın birinci raundi bitdi.
ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvanın paytaxtınTaypeyə gəldi.Hərçənd,N.Pelosi aprel ayında Tayvana gedəcəkdi,lakin o zaman o,koronavirusa yoluxdugu üçün səfərini təxirə salmışdı.
Baxmayaraq ki,Çin hökuməti Pelosinin Tayvana səfər edəcəyinin ciddi nəticələrinin olacagını bəyan edirdi,ancaq sonda Pekin hər hansı hərbi intervensiyaya baş vurmadı.
Zənnimcə,Çin Rusiyanın Ukraynada konkret olaraq Vaşinqtonun tələsinə düşdüyünü dərk edərək,N.Pelosini Tayvana aparan təyyarəyə müdaxilə etmədi.
Eyni zamanda,Çin Kommunist Partiyası,politbüro indiki mərhələdə ABŞ ilə hərbi konfrantasiyanın xoşagəlməz nəticələrinin olacagını dərk edərək,lüzumsuz risqə gedə bilməzdi.
Çin-ABŞ-Tayvan üçbücagında bundan sonra nə gözlənilir?
Dogrudur,ABŞ Pekinin "Vahid Çin"ideologiyasını dəstəklədiyini bəyan edir,ancaq Tayvanın geostrateji əhəmiyyəti Vaşinqton üçün vazkeçilməzdir.1544-cü ildə Tayvan adasına ilk ayaq basan portuqaliyalılar bu əraziyə "formoza"(gözəl)deyirdilər.Daha sonra fransızlar,hollandlar Tayvanı uzun illər idarə etdilər.Tayvan adası Çan-Kay-Şekin komintanqçıları ilə yanaşı Mao Tzedonun kommunistləri üçün də vacib əhəmiyyət daşıyıb.
ABŞ-a gəldikdə isə,Tayvan Sakit Okean hövzəsində Vaşinqtonun geopolitik strategiyasının fundamental tərkib elementlərindən biridir.Yəni,ABŞ Tayvandan asan əl çəkənə oxşamır.
Görünən budur ki,Tayvan üzərindən ABŞ-Çin sürtüşməsi hələ bir müddət öz aktuallıgını saxlayacaq.
Çin Kommunist Partiyası Tayvan siyasətini bundan sonra neçə davam etdirəcək?
Onu qeyd edim ki,6 ay sonra Çin Kommunist Partiyası həm yeni liderini,həm də Politbüronun yeni tərkibini seçəcək.Hazırkı Çin lideri Şin Cinpinq üçüncü dəfə Çin kommunistlərinin lideri seçilmək istəyir.Şin Cinpinqin vəd edib ki,Tayvanı mütləq Çinə birləşdirəcək.
Məncə,Çin ən yaxşı halda 3-5 il sonra Tayvanı özünə birləşdirə bilər. Ş.Cinpinqin əsas planı 2027-ci ilə qədər Tayvan məsələsini Honkonq kimi səs-küysüz birləşdirməkdir.
ABŞ-ın Tayvan planı bundan sonra necə ola bilər?
Ehtimallarımdan biri də budur ki,Vaşinqton Tayvan məsələsində Ukrayna ssenarisinə bənzər addım ata bilər.Bu,odur ki,ABŞ Dəniz Donanması Tayvanı ətrafında təhlükəsizlik zolagı yarada bilər.Amerikalılar daha sonra Tayvanın hava məkanını uçuş üçün qadagan olunan zona da edə bilər.
Daha sonra ABŞ bu gün Şəqi Avropa ölkələrində oldugu kimi,Tayvanda həm öz hərbi bazalarını,həm də ən müasir HHM sistemlərini qura bilər.Əgər Çin sonrakı mərhələdə Tayvanı işgal etməyə cəhd edərsə,ABŞ və müttəfiqləri bu ərazinin müstəqilliyini də tanıya bilər.Təbii ki,bu nəticə ABŞ və Çin arasında açıq müharibə ehtimalını da qüvvətləndirir.Tayvan texnoloji üstünlüklərə malik inkişaf etmiş bir ərazidir və iqtisadiyyatına görə dünyada 21-ci ölkədir.
Üstəlik,dünyadakı çip istehsalının 48%-i Tayvana məxsusdur.
Mən bu gün Pelosinin Tayvana səfərini bir meydanoxuma kimi görürəm.ABŞ göstərdi ki,bundan sonra Sakit Okean hövzəsində müttəfiqlərini Çindən qorumaqda israrlıdır.
Çinə görə,ABŞ məhz Pelosi və onu müşahidə edən 5 konqresmenlə siyasi provokasiyaya əl atdı.
Yeri gəlmişkən,N.Pelosi demokratdır və o,bu gün Tayvana getməsəydi,bu,dekabrda ABŞ Konqresinə keçiriləcək seçkilərdə onun partiyasının əleyhinə işləyəcəkdi.
Nəzərə alaq ki,hazırda respublikaçılarla müqayisədə demokratların(hətta Co Baydenin də)rəy sorgularında nüfuzu aşagı düşüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi