Həyat dayana bilər — Təhlükə 1 addımlığımızda
Bütün dünyanı qaranlığa qərq edə biləcək Günəş fırtınası ilə bağlı xəbərdarlıqlardan sonra NASA hərəkətə keçib.
Həm Günəş fırtınası kimi tanınan sabit bir axın, həm də Günəş partlayışları Yer kürəsində fəlakətə səbəb ola bilər.
Demokrat.az xəbər verir ki, Günəşdən gələn bu maqnit fırtınaları texnoloji cihazlardan getdikcə daha çox asılı olduğumuz bir dünyaya olduqca dağıdıcı təsir göstərə bilər.
Məsələn, 1989-cu ildə baş verən dağıdıcı günəş fırtınası Kvebekdə 12 saat elektrik kəsilməsinə səbəb olmuş, milyonlarla kanadalını qaranlığa qərq etmiş, nəticədə məktəblər və müəssisələr bağlanmışdı.
1859-cu il Karrinqton hadisəsi isə indiyə qədər qeydə alınan ən güclü günəş fırtınası hadisəsidir və teleqraf stansiyalarında yanğınlara səbəb olmuş və məktub göndərilməsinin, əlaqələrin qarşısını almışdı.
Karrinqton hadisəsi bu gün baş versəydi, elektrikin böyük miqyasda kəsilməsi və qlobal kommunikasiyaların dayanması da daxil olmaqla, daha ciddi təsirləri olardı, bir növ həyat dayanardı. Bu tip texnoloji xaos iqtisadiyyatları çökdürə və bütün dünyada insanların təhlükəsizliyini ciddi təhlükə altına qoya bilər.
Son zamanlar Günəş fırtınalarının 11 illik dövrünü tamamlayaraq 2025-ci ildə pik həddinə çatacağı bildirilir, geomaqnit qasırğalarının cəmiyyətə dağıdıcı təsirləri riski artır.
NASA ABŞ Energetika Nazirliyi ilə birlikdə bu böhrana hazırlaşmaq üçün süni intellektdən istifadə edir. Tədqiqatçılar Günəş fırtınalarının ölçülməsi və yerüstü stansiyalarda müşahidə edilən geomaqnit pozuqluğu arasındakı əlaqəni müəyyən etmək üçün xüsusi texnologiyadan istifadə edirlər.
Dünyada geomaqnit pozuqluğu baş verməzdən 30 dəqiqə əvvəl problemi proqnozlaşdıra bilən DAGGER adlı kompüter modeli hazırlanıb. DAGGER ilə proqnozlar hər dəqiqə yenilənir. Kompüter 2011-ci ilin avqustunda və 2015-ci ilin martında baş verən iki geomaqnit qasırğasında sınaqdan keçirilib. Hər iki halda Günəş fırtınasının Yer kürəsinə təsirini düzgün proqnozlaşdırıb. Bu model Günəşdən gələn material axınının elektrik şəbəkələrinə və digər kritik infrastrukturlara ciddi təsirlərin qarşısını almaq üçün əvvəlcədən həyəcan siqnalı verir.
Bu süni intellektlə indi sürətli və dəqiq qlobal proqnozlar vermək, Günəş fırtınası zamanı qərarlar qəbul etmək, bununla da müasir cəmiyyətdə dağıntıları minimuma endirmək, hətta qarşısını almaq mümkündür.