Baş nazir buna görə cərimələndi
Böyük Britaniyanın Baş naziri Rişi Sunak avtomobildə təhlükəsizlik kəmərini taxmadan sərnişin oturacağına əyləşdiyi üçün cərimələnib.
Bu barədə Lankaşir qraflığının polisi məlumat yayıb.
Hökumət başçısının nümayəndəsi onun adından üzr istəyib.
"Baş nazir ismarış yazmaq üçün kəmərini açıb. O, bunun səhv olduğunu etiraf edir və üzr istəyir", - nümayəndə deyib.
Polisin protokolunda cərimənin məbləği göstərilməyib.
Qeyd edək ki, Böyük Britaniyada sürücü və ya sərnişin avtomobildə olarkən təhlükəsizlik kəmərindən istifadə etməsə, 100-500 funt-sterlinq (120-610 dollar) məbləğində cərimələnir. İstisnalar yalnız polis, yanğınsöndürən və xilasedicilərə aiddir.