Yaponiyanın şimalında qar çovğunu nəticəsində 19 min ev işıqsız qalıb
Yaponiyanın şimalındakı Hokkaydo prefekturasında güclü qar çovğunu nəticəsində azı 19 min ev işıqsız qalıb.
“Report” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Bildirilib ki, Yaponiyanın mərkəzi hissəsindəki Niiqata prefekturasında təxminən 4,8 min evdə elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb.
Daha əvvəl qar fırtınası nəticəsində 10 nəfərin öldüyü, 48 nəfərin yaralandığı barədə məlumat verilmişdi. Ölən və yaralananların əksəriyyəti qartəmizləmə işləri ilə məşğul olan yaşlı insanlardır.